DÜNYA


Paytaxt Ankara yenidən sel və daşqınlarla üz-üzə qalıb

Ankara, 12 iyun, AZƏRTAC

İyunun 11-də günorta saatlarından başlanan güclü yağış Türkiyənin paytaxtı Ankarada sel və daşqınlara səbəb olub. Paytaxtın Sincan rayonunun Ayaş yolunda onlarla avtomobil su altında qalıb. İctimai nəqliyyatda, dayanacaqlarda ciddi problemlər yaşanıb.

AZƏRTAC xəbər verir ki, güclü yağış səbəbindən şəhərin əsasən çökək ərazilərindəki yolları, tikintilərin giriş qatlarını və zirzəmiləri sel basıb. Tunel və aşağı keçidlərdə qalan avtomobillər dartılaraq çıxarılıb. Şəhər rəhbərliyi fəsadları aradan qaldırmaq üçün ərazilərə böyük nasoslar və aqreqatlar cəlb edib.

Metroloqlar güclü yağış, tufan və küləkli hava şəraitinin Anadolunun əksər bölgələrində davam edəcəyinə dair məlumat yayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.