CƏMİYYƏT


Paytaxt ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb VİDEO

Bakı, 24 avqust, AZƏRTAC

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan daha bir sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 23-də Yasamal rayonunun Kənar Dairəvi yolda vətəndaş Seymur Hənifəyevin idarə etdiyi “VAZ-2107” markalı 07-BF-711 dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiyasında dəyişiklik edildiyi üçün yol polisi tərəfindən sürücüyə “saxla” əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq, hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq, sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib.

Sürücünü görülən tədbir nəticəsində Lökbatan qəsəbəsində digər yol polislərinin köməyi ilə süni tıxac yaradılandan sonra dayandırmaq mümkün olub.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücü S.Hənifəyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü, 327.3-cü və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, məcəllənin 34.3-cü maddəsinə əsasən onun nəqliyyat vasitələrini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.