CƏMİYYƏT


Paytaxt gənclərinin bir qrupu Şəhidlər xiyabanında Vətən övladlarının məzarlarını ziyarət edib

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtın fəal gənclərinin bir qrupu Şəhidlər xiyabanına gələrək Azərbaycan müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, gənclər Azərbaycanın Milli qəhrəmanları Çingiz Mustafayev, Albert Aqarunov, Təbriz Xəlilbəyli, Cavanşir Rəhimov, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Salatın Əsgərova, Əlif Hacıyev, şəhid Vadim Xanin, Saliko Kakadze, Aleksey Dementyev, Yuriy Kovalyov, Məlahət Nəsibova və digər şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüb, onların xatirələrini dərin ehtiramla anıblar.

Ziyarət zamanı rəşadətli ordumuzun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına layiqli cavab verərək işğal altındakı torpaqlarımızın bir hissəsini azad etdiyini vurğulayıb, Qələbə Gününün uzaqda olmadığını bildiriblər. Vurğulanıb ki, uzun illərdir işğal altında olan şəhər, rayon və kəndlərimizi Prezident, Müzəffər Ali Baş Komandanın İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edən rəşadətli ordumuzun cəsur əsgər və zabitləri şəhidlərimizin qisasını yerdə qoymurlar. Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi, Vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

Yaşasın, müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.