ELM VƏ TƏHSİL


Paytaxt məktəbinin məzunu 6 nüfuzlu universitetə qəbul olub

Bakı, 27 iyul, AZƏRTAC

Beynəlxalq Biologiya Olimpiadasında qızıl medal qazanan paytaxt məktəblisi Azərbaycanda və Türkiyədə 6 nüfuzlu ali təhsil müəssisəsinə qəbul olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, qurumun tabeliyindəki 102 nömrəli tam orta məktəbin məzunu Ranal Qurbanov Azərbaycan Tibb Universiteti, Türkiyənin Acıbadəm, İstanbul Cərrahpaşa, Koç, Bahçeşehir və Eskişehir Osmanqazi universitetlərində tibb ixtisası üzrə təhsil almaq imkanı əldə edib.

Lakin R.Qurbanov 1 il müddətində ABŞ-da kurs keçəcəyi üçün müvəqqəti olaraq qəbul olduğu İstanbul Cərrahpaşa Universitetində təhsilini dondurub.

Qeyd edək ki, R.Qurbanov 2021-ci il 18-23 iyulda Portuqaliyada onlayn təşkil olunmuş 32-ci Beynəlxalq Biologiya Olimpiadasında (IBO2021) uğurlu nəticə göstərərək qızıl medala layiq görülüb. Bundan əlavə, o, 2020-ci ildə “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında da uğur qazanaraq gümüş medalla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.