ELM VƏ TƏHSİL


Paytaxt məktəbinin məzunu ali məktəblərə qəbul imtahanında maksimum nəticə göstərib

Bakı, 3 avqust, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbinin məzunu IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, 125 nömrəli tam orta məktəbin məzunu Nigar Əhədulla qızı Ağazadə IV ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb.

Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.