ELM VƏ TƏHSİL


Paytaxt məktəbləri üzə I sinfə qəbulla bağlı 49 min 171 elektron müraciət daxil olub

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-nə (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 49 min 171 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 2021-2022-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla).

Qeyd edək ki, alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada (vatsap nömrələr vasitəsilə) təşkil olunur.

Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 10 min 693 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1038-i məktəblərdə fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərində, 1478-i onlayn alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 6205-i sistemin “Əlaqə” bölməsində, 1972-si isə telefon vasitəsilə cavablandırılıb.

Elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin vatsap müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri kömək göstərilir.

Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 alternativ qeydiyyat mərkəzi müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.