ELM VƏ TƏHSİL


Paytaxt məktəbləri üzrə 63 təhsil işçisi təltif edilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 63 təhsil işçisi təltif edilib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 direktor 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.