ELM VƏ TƏHSİL


Paytaxt məktəblərində “Eko-təqdimatlar” layihəsi reallaşdırılır

Bakı, 15 noyabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsinə başlanılıb.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi məktəblilərin ekoloji maarifləndirilməsi, milli sərvətlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılması, şagirdlərdə ətraf mühitə həssas münasibətin formalaşdırılmasıdır.

BŞTİ və SOCAR-ın Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə təşkil olunan aktual mövzulu ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar və ekspertlər dəvət olunurlar.

Layihə çərçivəsində ümumtəhsil müəssisələrində “Yaşıl davranış”, “Ekoloji monitorinq nədir?”, “Nə edək?”, “Alternativ və bərpa olunan enerjinin istifadəsi”, “Azərbaycanın biomüxtəlifliyi” ,“Sağlam həyat tərzi”, “Səs-küy çirklənməsi”, “Tullantıların idarə olunması” və digər mövzularda maarifləndirici təqdimatlar keçirilir.

Qeyd edək ki, təqdimatların tədris ilinin sonunadək paytaxtdakı ümumtəhsil məktəblərində reallaşdırılması nəzərdə tutulur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.