ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində STEAM layihəsinə 4 min 975 şagird cəlb edilib
Bakı, 27 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 31 ümumtəhsil müəssisəsində STEAM layihəsi tətbiq olunur.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihəyə 184 sinif üzrə 4975 şagird cəlb edilib.
Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.
STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.
Layihə çərçivəsində steam.edu.az portalı da istifadəyə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:15]
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək
- 25.04.2024 [16:41]
BMU-da tələbələr üçün “Karyera günü”
- 25.04.2024 [16:28]
Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb
- 25.04.2024 [15:27]
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
- 25.04.2024 [14:44]
AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb
- 25.04.2024 [14:38]