ELM VƏ TƏHSİL


Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

Bakı, 14 iyun, AZƏRTAC 

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, “Son zəng” tədbirlərində Təhsil nazirinin müavinləri Firudin Qurbanov, Məhəbbət Vəliyeva, Təhsil Nazirliyi Aparatının rəhbəri Muxtar Məmmədov, BŞTİ-nin müdiri Rəşad Tağıyev, Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər.

Tədbirlərdə məzunlar və şagirdlər mahnılar və rəqslərdən ibarət konsert proqramı təqdim edib, maraqlı səhnəciklər göstəriblər.

Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və medallarla təltif olunublar.

“Son zəng” tədbirləri məktəblərin daxilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.

Xatırladaq ki, 2018-2019-cu tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini isə 19 786 nəfər bitirib. Paytaxtda 45 616 nəfər I sinfi, 655 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.