ELM VƏ TƏHSİL


Paytaxt məktəblərində “Şuşa İli” ilə bağlı tədbirlər davam edir

Bakı, 6 may, AZƏRTAC

Paytaxt məktəblərində “Şuşa İli” ilə bağlı tədbirlər davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, 153 nömrəli tam orta məktəbdə “Könlüm keçir Qarabağdan” adlı tədbir, 125 nömrəli tam orta məktəbdə isə “Şuşa, sən azadsan!” mövzusunda ədəbi-bədii kompozisiya təşkil olunub.

Təhsil İdarəsi əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, şəhid ailələrinin, məktəblərin pedaqoji kollektivlərinin, valideyn və şagirdlərin iştirak etdikləri tədbirlərdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etməklə milli-tarixi-mədəni və ictimai-siyasi yaddaşımızı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq nümunəsi göstərir.

Qeyd edək ki, “Şuşa İli” ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.