ELM VƏ TƏHSİL


Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

Bakı, 29 noyabr, AZƏRTAC

Ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün idarə tərəfindən 7 komissiya yaradılıb. Monitorinqlər zamanı təhsil müəssisələrində xüsusi karantin rejimi ilə bağlı təlimatların icrası və sanitar-gigiyenik vəziyyət, məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri üzrə müşahidələr aparılır.

Qeyd edək ki, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili və şagirdlərin dərsə davamiyyəti vəziyyətinin öyrənilməsindən ibarətdir. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin artırılması da monitorinqlərin əsas hədəflərindəndir.

Monitorinqlər xüsusi təhsil müəssisələrini və inklüziv siniflər təşkil olunan məktəbləri də əhatə edir. Həmçinin evdə təhsillə bağlı monitorinqlərin aparılması planlaşdırılır. Monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.