ELM VƏ TƏHSİL
Paytaxt məktəblərindəki şagirdlərin təlim-tərbiyəsi ilə 28 min 500-dək müəllim məşğul olur
Bakı, 20 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 min 223 şagirdin təlim-tərbiyəsi ilə 28 min 437 müəllim məşğul olur.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 min 245, IX siniflərində 40 min 23, XI siniflərində 26 min 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]