ELM VƏ TƏHSİL


Paytaxt məktəblərindən orduya dəstək aksiyaları

Bakı, 13 oktyabr, AZƏRTAC

Paytaxtdakı ümumi təhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra məktəblərin pedaqoji heyətinin, şagird və valideynlərin təşəbbüsü ilə işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki əsgərlərə, eləcə də düşmən hücumu nəticəsində zərər çəkmiş ailələrə hərtərəfli dəstək göstərilir.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəb kollektivləri əsgərlərlə görüşlərdə ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə edir, hər bir azərbaycanlının döyüşə hazır olduğunu vurğulayırlar. Şagirdlərin böyük həvəs və ruh yüksəkliyi ilə yazdıqları məktublar da əsgərlərə təqdim olunur.

Həmçinin bir çox təhsil işçiləri və valideynlər qanvermə aksiyasına qoşulurlar.

Qeyd edək ki, dəstək aksiyalarının təşkilində əsas məqsəd xalq-ordu birliyini daha da möhkəmləndirmək, cəmiyyətdə vüsət alan yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaq, xalqın sarsılmaz həmrəyliyini nümayiş etdirmək və Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.