ELM VƏ TƏHSİL


Paytaxt məktəbliləri arasında intellektual oyunun ilk mərhələsi başlanıb

Bakı, 17 oktyabr, AZƏRTAC 

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar paytaxt məktəbliləri arasında “Nə? Harada? Nə zaman” intellektual oyunu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, bilik yarışının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü və ayrı-ayrı mövzularda biliklərini artırmaq, məktəblilərin yaradıcı inkişafına təkan vermək və onlara özünüifadə vərdişlərini aşılamaqdır.

Xəzər rayonu üzrə IX-XI sinif şagirdləri arasında keçirilən yarışa 23 məktəbdən 115 iştirakçı qatılıb.

İntellektual oyunun nəticələrinə əsasən, 121 nömrəli tam orta məktəbin komandası I, 234 nömrəli tam orta məktəbin komandası II, 322 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Bundan başqa, 241 nömrəli tam orta məktəbin komandası həvəsləndirici mükafata layiq görülüb.

Qalib komandalar diplomla mükafatlandırılıb.

Yarışda ilk iki yeri tutan komandalar Bakı şəhər mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq reallaşdırılan tədbirlər çərçivəsində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.