ELM VƏ TƏHSİL


Paytaxt məktəbliləri məntiq olimpiadasının qalibi olublar

Bakı, 3 iyun, AZƏRTAC

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsinin nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, finalda idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin 26 şagirdi qalib olub. Belə ki, 4 nəfər I, 9 nəfər II, 13 nəfər isə III yerə layiq görülüb.

V sinif şagirdləri arasında keçirilən olimpiadanın final turunda şagirdlər məntiqi təfəkkürə dair sualları cavablandırıblar.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd Lütfi Zadənin irsini təbliğ etmək, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan marağını artırmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.