ELM VƏ TƏHSİL


Paytaxt məktəblilərindən fərqli #evdəqal təşəbbüsləri

Bakı, 10 aprel, AZƏRTAC 

Paytaxt məktəbliləri koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar #evdəqal aksiyasında fəallıq göstərir, fərqli təşəbbüslərlə çıxış edirlər. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri evdə çəkib sosial şəbəkələr vasitəsilə ictimailəşdirdikləri videoçarx və fotogörüntülərdə “Evdə qal, bu, bir tətil deyil!”, “Evdə qal, kitab oxu!”, “Evdə qal, təhsildən qalma!”, “Evdə qal, virusa son qoy!”, "Evdə qal, nümunə ol!" və digər bu kimi fikirləri ifadə edirlər.

BŞTİ-dən AZƏRTAC-a bildirilib videogörüntülərdə, həmçinin məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə etməyin yolları barədə də məlumat verir, fərqli təşəbbüslərlə çıxış edirlər. Bununla şagirdlər hər kəsi #evdəqal çağırışına əməl etməklə, koronavirusa yoluxma riskini azaltmağa çağırırlar. Onlar doğma məktəb və sevimli müəllimləri üçün darıxdıqlarını, ənənəvi təhsilə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini də nəzərə çatdırırlar.

Qeyd edək ki, məktəblilərin aksiyasının əsas məqsədi əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruri olmadığı halda evdən çıxmamağa səsləməkdən ibarətdir. Şagirdlər Təhsil Nazirliyinin təşkilatçılığı ilə başlanan #evdəqal #dərsdənqalma sosial çağırışlarına da dəstək verir, teledərsləri izləyir və müəllimlərin təşkil etdiyi onlayn dərslərdə fəal iştirak edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.