ELM VƏ TƏHSİL


Paytaxt məktəblilərinin Lənkəran iqtisadi rayonuna ekskursiyası təşkil olunub

Bakı, 21 iyun, AZƏRTAC

Bakı şəhəri ümumi təhsil müəssisələri şagirdlərinin Lənkəran, Masallı, Lerik və Astara rayonlarında yerləşən aqroturizm məntəqələrinə ekskursiyası təşkil edilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AqroViziya” layihəsi çərçivəsində reallaşdırılan ekskursiyanın əsas məqsədi məktəbliləri sitrus bağları, balıqçılıq, bağçılıq, bostançılıq və fermer təsərrüfatları ilə yaxından tanış etmək, onlarda kənd təsərrüfatının müxtəlif sahələrinə maraq yaratmaqdan ibarətdir.

Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən “Citrus Valley” aqrar ekoturizm məntəqəsində sitrus meyvələrinin yetişdirildiyi əraziləri əyanı olaraq müşahidə edən şagirdlərə bağdakı ağaclar, onların xüsusiyyətləri, sitrus meyvələrinin faydaları, kənd təsərrüfatının bu sahəsinin incəlikləri barədə geniş məlumat verilib.

Şagirdlər layihənin iştirakçısı, Masallının Boradigah qəsəbəsindən olan misgər Taleh Ağayevin əl işləri ilə tanış olublar.

Ekskursiya zamanı məktəblilər arasında maraqlı oyunlar keçirilib, şən və əyləncəli proqram təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.