ELM VƏ TƏHSİL


Paytaxt məktəblilərinin daha bir uğuru

Bakı, 22 oktyabr, AZƏRTAC

Bakı məktəbliləri Türkmənistanda Xəzər dənizi ölkələrinin II mədəni idman festivalında tennis üzrə fərdi və komanda yarışlarında parlaq nəticələrə nail olublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, fərdi qaydada təşkil olunan yarışların nəticələrinə görə, bu qurumun tabeliyindəki 145 nömrəli tam orta məktəbin şagirdi Emin Məmmədov I, 214 nömrəli tam orta məktəbin şagirdi Kənan Pənahov və 238 nömrəli tam orta məktəbin şagirdi Xədicə Əbilzadə II, 242 nömrəli tam orta məktəbin şagirdi Səbinə Məmmədova isə IV yerə layiq görülüb.

Həmçinin komanda şəklində mübarizə aparan Bakı məktəbliləri yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblərə medal, kubok, diplom və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.