ELM VƏ TƏHSİL


Paytaxt məktəblisi Avropa çempionatından qalibiyyətlə qayıdıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Paytaxt məktəblisi Avropa çempionatından qalibiyyətlə qayıdıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 183 nömrəli tam orta məktəbin X sinif şagirdi Əkbər Əsədov kikboksinq idman növü üzrə Macarıstanda keçirilən Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, gənclər və yeniyetmələr arasında kikboksinqin “WAKO” versiyası üzrə keçirilən Avropa çempionatında Əkbər Əsədov 48 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Yarımfinal və final yarışlarında azərbaycanlı idmançı rəqibinə nokautla qalib gələrək Avropa çempionu adını qazanıb. Qalib məktəbli qızıl medalla təltif olunub. İdmançının müəllimi Əməkdar məşqçi Hakim Hacıyevdir.

Qeyd edək ki, çempionatda 39 ölkədən 1991 idmançı mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.