ELM VƏ TƏHSİL


Paytaxt məktəblisi beynəlxalq turnirdə erməni idmançını məğlub edib

Bakı, 5 noyabr, AZƏRTAC 

Paytaxt məktəblisi Gürcüstanda karate idman növü üzrə keçirilən beynəlxalq turnirdə birinci yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 245 nömrəli tam orta məktəbin VI sinif şagirdi Aləm Mürsəlli 35 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Final mərhələdə erməni idmançını məğlub edən A.Mürsəlli qızıl medal, diplom və kubokla təltif olunub.

Qeyd edək ki, qısa müddətdir karate ilə məşğul olmasına baxmayaraq, A.Mürsəlli həm ölkədaxili, həm də beynəlxalq səviyyəli yarışlarda parlaq uğurlara imza atıb. Belə ki, 2017-ci ildə Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə də A.Mürsəlli erməni idmançını məğlub edərək birinci yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.