İQTİSADİYYAT


Paytaxt müəssisələrində 192,5 milyon manatlıq hazır metal məmulatı istehsal olunub

Bakı, 8 iyul, AZƏRTAC 

Paytaxtda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində bu ilin ilk 5 ayında 192,5 milyon manatlıq məhsul istehsal edilib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 2,2 dəfə, metallurgiya sənayesində isə 40,6 faiz artım müşahidə olunub.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 18,4 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 4,3 dəfə, armaturun istehsalı 34,1 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 34,4 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.