CƏMİYYƏT


Paytaxt polisi küçə ticarətinə və antisanitariyaya qarşı mübarizə tədbirlərini davam etdirir

Bakı, 10 avqust, AZƏRTAC 

Paytaxtın Yasamal rayonunun ərazisində - metronun “Elmlər Akademiyası” və “İnşaatçılar” stansiyalarının giriş və çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçəboyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.

AZƏRTAC xəbər verir ki, paytaxt sakinləri polisin ərazidə həyata keçirdiyi müvafiq tədbirlərdən razılıqlarını ifadə ediblər. Sakinlər ərazidə hüquq qaydasının təminatı işinin səmərəli təşkili üçün polisin gördüyü profilaktik tədbirləri alqışlayırlar.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bu barədə AZƏRTAC-a açıqlamasında bildirib ki, paytaxtın hər bir sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməli, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə qarşı həssas olmalı, elementar normalara əməl etməlidir. Satış yalnız müəyyən olunan ünvanlarda həyata keçirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.