CƏMİYYƏT


Paytaxt sakini: Haqq işi uğrunda mübarizə aparan ordunun nəsibi ancaq belə möhtəşəm qələbə olmalı idi

Bakı, 10 dekabr, AZƏRTAC

Azadlıq meydanında izlədiyim bugünkü Zəfər paradı Azərbaycan Milli Ordusunun düşmən üzərindəki açıq-aşkar üstünlüyünün bir daha nümayişinə çevrildi. Erməni vandallarının döyüş meydanında qoyub qaçdığı hərbi texnika, silah və sursatı görəndə müzəffər Ordumuzun sıralarında döyüşən cəngavər oğlanların qüdrətini təsəvvür elədim. Tribunada bu tarixi Zəfər paradını izləyən bir millət, iki dövlətin - Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı qəlbimi iftixar hissi ilə doldurdu. Bu gün üçün qurban gedən, bu gün üçün can fəda edən, torpağı bizim üçün müqəddəsləşdirən qəhrəman oğlanlarımıza rəhmət diləyirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 10-da Azadlıq meydanında keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını seyr edənlərdən biri olan paytaxt sakini Turan Hüseynova deyib.

O, təəssüratlarını bölüşərək deyib: “Mənim atam Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, ikinci qrup əlildir. Bu gün onun zəhmətinin, axıtdığı qanın yerdə qalmadığını görüb çox sevinirəm. Bu müharibə bir daha göstərdi ki, özlərinə yalançı tarix uyduran, özlərini “qədim xalq” kimi qələmə verən erməni millətçilərinin “keçilməz sədd” hesab etdikləri, “məğlubedilməz ordu” adlandırdıqları boş və mənasız xülyadan başqa bir şey deyilmiş. Müharibə canilərinin 30 il ərzində yığıb-topladığı döyüş cəbbəxanası Azərbaycan Ordusunun 44 günlük əks-hücumu önündə duruş gətirə bilmədi. Azərbaycan Milli Ordusunun “dəmir yumruğu”nun qarşısında dayanmaq özgə torpağında döyüşən işğalçı ordunun əsgərlərinin işi deyildi”.

“Biz qalib gəldik, çünki bu qələbəni haqq edirdik. Haqq işi uğrunda və ədalətli mübarizə aparan ordunun nəsibi ancaq belə möhtəşəm qələbə olmalı idi. Eşq olsun bu orduya, əhsən onun əsgər və zabitlərinə, ona rəhbərlik edən komandir və sərkərdələrə ki, xalqımızı belə tarixi zəfərlə sevindirdi. Onun belə Zəfər paradında sevinməyə və qürur duymağa haqqı var”, – deyə Turan Hüseynova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.