CƏMİYYƏT


Paytaxt sakinindən altı kiloqram heroin götürülüb

Bakı, 14 avqust, AZƏRTAC 

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Quliyev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xətai rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 5 qram heroin və 5 qram tiryək aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun Abşeron rayonunun Digah qəsəbəsi ərazisində yolun kənarında gizlətdiyi 6 kiloqram heroin və 680 qram tiryək də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.