CƏMİYYƏT
Paytaxt sakinindən bir kiloqrama yaxın narkotik vasitələr aşkarlanaraq götürülüb
Bakı, 28 aprel, AZƏRTAC
Paytaxt sakinindən bir kiloqrama yaxın narkotik vasitələr aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Nəbiyev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xətai rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 25 qram heroin, 2 qram metamfetamin aşkar olunub.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 669 qram heroin, 197 qram tiryək və 193 qram metamfetamin götürülüb.
Faktla bağlı araşdırma aparılır.