CƏMİYYƏT


Paytaxt sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Bakı, 15 fevral, AZƏRTAC

Paytaxt sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Həsənəlizadə Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nizami rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 50 qrama yaxın heroin və 10 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Davam etdirilən tədbirlərlə onun mənzilinə baxış zamanı oradan 1 kiloqram 395 qram heroin, 2 kiloqram 175 qram metamfetamin, 549 metadon həbi, 1 elektron tərəzi və 1 narkotik vasitələrin dövriyyəsində istifadə edilmiş plastik kart götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.