CƏMİYYƏT


Paytaxt sakinindən narkotik vasitə aşkarlanaraq götürülüb

Bakı, 12 iyul, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Ağayev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xətai rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan 63 qrama yaxın heroin, 102 qrama yaxın metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.