CƏMİYYƏT


Paytaxt sakinindən narkotik vasitə aşkarlanaraq götürülüb

Paytaxt sakinindən narkotik vasitə aşkarlanaraq götürülüb

Bakı, 29 mart, AZƏRTAC

Paytaxt sakinindən 4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhər sakini Natiq Əlizadə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıtçay dəmir yolu stansiyası ərazisində saxlanılıb. Ondan 1 kiloqram 431 qramdan artıq heroin, 1 kiloqram 415 qram marixuana və 44 qramdan çox metamfetamin aşkar olunaraq götürülüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Digah qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Salmanovdan isə 1 kiloqram 100 qram marixuana götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.