CƏMİYYƏT
Paytaxt sakininə qarşı quldurluq edən şəxslər saxlanılıblar
Bakı, 2 oktyabr, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Balakişiyev oktyabrın 1-də saat 22 radələrində A.S.Puşkin küçəsindəki parkda üç nəfərin onu döyərək içərisində 130 manat pul və iki mobil telefonu olan çantasını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.