CƏMİYYƏT


Paytaxt sakininə qarşı zor tətbiq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Paytaxt sakini C.Salmanov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edərək oktyabrın 28-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evinə gələn iki nəfərin onu həyətə çağırıb döydüklərini, “Niva” markalı avtomobillə Qobu qəsəbəsindəki bir evə apararaq, yenidən döyüb borclu olduğu pulu tələb etdiklərini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar təxirəsalınmaz əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Elşən və Elvin Mustafayevləri qısa müddətdə müəyyən edərək saxlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 322.2-ci (özbaşınalıq - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.