CƏMİYYƏT
Paytaxt sakininin avtomobilini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 6 fevral, AZƏRTAC
Bakı şəhər sakini Ə.Qasımova məxsus “Volkswagen Passat” markalı avtomobilin fevralın 5-də saat 12 radələrində Binəqədi rayonu ərazisindən qaçırılması barədə rayon polis idarəsinin 7-ci polis bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb.
Avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini F.Quluzadə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20 radələrində rayon ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.