CƏMİYYƏT


Paytaxt sakininin avtomobilini qaçırmaqda şübhəli bilinən şəxslər tutulublar

Bakı, 22 fevral, AZƏRTAC

Bakı şəhər sakini H.Əmirova məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini H.Əmirov Xırdalan şəhəri ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri O.Vəliyev və əvvəllər məhkum olunan E.Əliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.