SİYASƏT


Paytaxt sakinləri Ağdamın işğaldan azad edilməsinin sevincini yaşayır  – FOTOSESSİYA

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın işğaldan azad olunması müjdəsini verdikdən sonra paytaxtımızın sakinləri Şəhidlər xiyabanına, Bakının küçə və meydanlarına, parklarına axışaraq sevinc hisslərini bölüşüblər.

Yürüş iştirakçıları Vətən müharibəsində şanlı zəfəri Müzəffər Ali Baş Komandanın portretini başları üzərinə qaldırmaqla, üçrəngli bayrağımızı dalğalandırmaqla qeyd edir, qəhrəman Vətən oğularının xatirəsinə hörmət və ehtiramlarını bildirirlər.

Bu gün əllərdə yenə yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları xalqlarımızın qardaşlığının əbədi olacağından soraq verir.

AZƏRTAC Şəhidlər xiyabanından və Bakının müxtəlif guşələrindən fotosessiyanı təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.