CƏMİYYƏT


Paytaxt sakinlərini aldadaraq pullarını alan şəxs saxlanılıb

Bakı, 4 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov cari il yanvarın 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılaraq 43 min ABŞ dollarının alındığını bildirib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

L.Əliyeva polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun cari ilin martında Bakı şəhər sakini olan daha bir qadını da aldadaraq 4 min manat pulunu aldığı müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.