İQTİSADİYYAT


Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 91,2 faiz olub

Bakı, 1 iyul, AZƏRTAC

Cari ilin yanvar-may aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 30,4 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 85,8 faizi mədənçıxarma, 12,1 faizi emal, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 91,2 faizdir. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, ötən dövrlərdəki ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyunun 1-i vəziyyətinə 349,2 milyon manatlıq hazır məhsul ehtiyatı yaranıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 69,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.