İQTİSADİYYAT


Paytaxt yollarında tumbaların quraşdırılması davam etdirilir

Bakı, 6 may, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt yollarında tumbaların quraşdırılması davam etdirilir.

BNA-dan AZƏRTAC-a bildirilib ki, paytaxt yollarında hərəkətin təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı dövlətimizin başçısının müvafiq tapşırığına uyğun olaraq Bakı şəhərində 139 küçədə təhlükəsizlik tumbaları quraşdırılıb. Tumbalar əsasən qəza riski yüksək olan yollarda və yol kəsişmələrində quraşdırılır. Paytaxtın digər ərazilərində də təhlükəsizlik tumbaların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.