İQTİSADİYYAT


Paytaxt yollarındakı tıxac avtobusların hərəkətinə çətinlik yaradır

Bakı, 11 dekabr, AZƏRTAC

Paytaxt yollarındakı tıxac avtobusların hərəkətinə çətinlik yaradır.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, saat 15:30 radələrindən başlayaraq şəhərin əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində müşahidə olunan sıxlıq və tıxac davam edir. Bu səbəbdən də bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr var.

Bəzi sürücülərin yol kəsişmələrini keçmə qaydalarına əməl etməməsi, yolun hərəkət hissəsində qeyri-qanuni parklanma halları, hərəkət zolaqlarının tələblərinin pozulması hazırkı sıxlığın əsas səbəblərindədir.

Həmçinin sabahdan bir çox iş və xidmət sahələrində fəaliyyət dayandırılacağından vətəndaşların şəxsi minik avtomobilləri ilə səyahət sayı əhəmiyyətli dərəcədə artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.