İQTİSADİYYAT


Paytaxtda 11 ayda 918,2 milyon manat dəyərində qida, içki və tütün məhsulu istehsal edilib

Bakı, 1 yanvar, AZƏRTAC 

Cari ilin yanvar-noyabr aylarında paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 918,2 milyon manat dəyərində məhsul istehsal edilib.

Bakı Şəhəri Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 65,9 faiz, içki istehsalında 5,4 faiz artım, qida məhsullarının istehsalında isə 10,8 faiz azalma müşahidə olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 5,2 faiz, şirin peçenye 37,4 faiz, içli digər şokolad şirniyyat məmulatları 57,8 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.