İQTİSADİYYAT


Paytaxtda 2 marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti dəyişdiriləcək

Bakı, 30 may, AZƏRTAC

Pirşağı qəsəbəsində aparılan işlərlə əlaqədar iyunun 1-də Y.Əliyev küçəsində (Pirşağı qəsəbəsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu səbəbdən 173 və 179 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək 179 nömrəli marşrutun son dayanacaq məntəqəsi Y.Əliyev və H.Əliyev küçələrinin kəsişməsi, 173 nömrəli marşrut isə qəsəbəyə daxil olduqdan sonra alternativ olaraq Novxanı-Pirşağı yolu ilə təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.