İQTİSADİYYAT
Paytaxtda 2 müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib

Bakı, 8 iyul, AZƏRTAC
Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq 2 müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik olunub.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət” Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər xiyabanı) qədər təşkil edilib.
169 (Binə Atçılıq–Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti “Koroğlu” NMM-dən keçməklə təşkil olunub. Həmçinin dəyişikliyə əsasən, marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziyə fəaliyyət göstərəcək. Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşlar “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.