CƏMİYYƏT
Paytaxtda Biləsuvar rayon sakininə qarşı quldurluq edilib
Bakı, 28 fevral, AZƏRTAC
Biləsuvar rayon sakini A.Əliyev Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edərək fevralın 27-də Bakıxanov qəsəbəsi ərazisində 2 nəfərin ona bıçaqla hədə-qorxu gəlib 400 manatını aldıqlarını, daha sonra isə “Audi” markalı avtomobildə hadisə yerini tərk etdiklərini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri G.Həsənquliyev, Ə.İbrahimov və avtomobilin sürücüsü Bakı şəhər sakini E.Qədirzadə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.