CƏMİYYƏT


Paytaxtda “Ford” markalı avtomobilin vurduğu piyada ölüb

Bakı, 17 yanvar, AZƏRTAC 

Binəqədi və Balakən rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonu S.Məmmədova küçəsində yolu keçən paytaxt sakini Həsən Sədrəddinov Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Balakən rayonunun Talalar kəndi ərazisində isə yolu keçən kənd sakini Abdurəhman Hacıyev Yeni Şərif kənd sakini C.Çunayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisələrlə bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.