İQTİSADİYYAT


Paytaxtda avtobusların hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişikliklər aradan qaldırılıb

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-dən paytaxtda avtobusların hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişikliklər aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət ləğv olunub. Bu gündən 1,2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslar əvvəlki sxemə əsasən sərnişindaşıma fəaliyyəti göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.