CƏMİYYƏT


Paytaxtda avtomobildən heroin və tiryək aşkarlanaraq götürülüb

Bakı, 9 iyul, AZƏRTAC 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini R.Nuriyevin “Hyundai” markalı avtomobilindən 320 qram heroin, 86 qram tiryək və 53 qram metamfetamin aşkar edilərək götürülüb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yeyənkənd kəndi ərazisindəki meşəlik sahədə kultivasiya yolu ilə yetişdirilmiş 228 ədəd çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.