CƏMİYYƏT


Paytaxtda avtomobildən oğurluq edən yeniyetmə saxlanılıb

Bakı, 11 iyul, AZƏRTAC 

Nəsimi rayonu ərazisində oğurluqla məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 4-də Nəsimi rayonu ərazisində “Toyota” markalı avtomobildən iki bankomat kartı və şəxsiyyət vəsiqəsi, habelə banklardan birinə məxsus bankomatdan 5547 manat pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini olan bir yeniyetmə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.