CƏMİYYƏT


Paytaxtda azyaşlı oğlandan hədə-qorxu ilə külli miqdarda pul alan şəxslər yaxalanıblar

Bakı, 27 oktyabr, AZƏRTAC 

Oktyabrın 25-də Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27 min ABŞ dolları, oktyabrın 5-də isə 18 min ABŞ dolları aldıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.