İQTİSADİYYAT


Paytaxtda daha 2 marşrut xətti birləşdirilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Optimallaşdırılma işləri çərçivəsində daha iki marşrut xətti birləşdirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətlərinin birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib. Sentyabrın 11-dən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.

Marşrutun birləşdirilməsinin müsbət tərəfi Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, “Neftçilər” metro stansiyası və 8-ci kilometr bazarı istiqamətinə gediş-gəlişinin rahatlaşması, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığının azalması, 168 və 186 nömrəli marşrutların bir-birini 24,5 kilometr məsafədə təkrarlamasının aradan qaldırılması, marşrutun fəaliyyətində idarəetmənin asanlaşması, kiçik tutumlu avtobusların nisbətən iri tutumlu avtobuslarla əvəzlənməsidir.

Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda edilən avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması eləcə də, digər çatışmazlıqlar barədə vətəndaşlardan “Alo141” Çağrı mərkəzinə mütəmadi şəkildə müraciətlər daxil olmaqda idi. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə gətirib çıxarırdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.