İQTİSADİYYAT


Paytaxtda daha 7 avtobusda gediş haqqı “BakıKart”la ödəniləcək

Bakı, 16 may, AZƏRTAC

Mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya edəcək.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, mayın 17-də 29 və 81, mayın 18-də 71 və 83, mayın 19-da 53 və 66, mayın 20-də isə 31 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da “BakıKart” sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, sərnişindaşımalarda nağdsız ödənişlərin tətbiqi davam etdirilir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq artıq paytaxtın marşrut şəbəkəsinin 35 faizində ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu isə vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. Hazırda gündəlik olaraq 600 min nəfərədək sərnişinin (ümumi sərnişinlərin 33 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.