İQTİSADİYYAT
Paytaxtda daha bir yol təmir olunmuşdur
Bakı, 19 may (AZƏRTAC). Bakının Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan asfalt-beton örtüyünün vurulması işləri başa çatmışdır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a bildirmişdir ki, mayın 14-dən başlanan asfalt-beton örtüyünün vurulması işləri ilə əlaqədar aparılan təmir işləri təxminən 500 metr məsafəni əhatə etmişdir.
Bu gün həmin ərazidə yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaqdır. Gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]